“Şəbəkə yüz milyonlarla dollar köçürmək üçün Livan, Türkiyə, BƏƏ və İran arasında kommersiya uçuşları həyata keçirən kuryerlərdən istifadə edir"
ABŞ hakimiyyəti “Hizbullah”ı maliyyələşdirdiyinə görə 10 şəxsə sanksiya tətbiq edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazirlik "Hizbullah”a vəsait köçürməkdən məsul olan şəbəkənin bir hissəsi olan 10 şəxsi müəyyənləşdirib.
Sənədə görə, "bu şəbəkə yüz milyonlarla dollar köçürmək üçün Livan, Türkiyə, BƏƏ və İran arasında kommersiya uçuşları həyata keçirən kuryerlərdən istifadə edir".
Vurğulanıb ki, bu, “Hizbullah”a "xarici valyuta əldə etməyə və sanksiyalardan yayınmağa" imkan verir. Məhdudiyyətlər Türkiyə vətəndaşlarını hədəf alır.
Sənədə görə, ABŞ-ın terrorçu qrup hesab etdiyi “Hizbullah” da yeni sanksiya siyahılarına əlavə olunur. Çünki ABŞ təşkilatın İran və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğuna inanır.