ABŞ Əfqanıstana yardımı davam etdirir

Dünya

08.11.2021 - 09:13

“Hazırda ABŞ Əfqanıstana humanitar yardımla bağlı ən böyük donordur”

ABŞ hökuməti Əfqanıstana yardımı Taliban hökuməti deyil, humanitar təşkilatların vasitəsi ilə davam etdirmək niyyətindədir.

AYNA-nın APA-ya istinadla verdiyi xəbərə görə bunu, ABŞ Prezidentinin regional təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan “CNN” televiziyasına müsahibəsində bildirib.

Sallivan bildirib ki, inklüziv hökumət formalaşmadığı üçün Əfqanıstana birbaşa yardım edilmir: “Hazırda ABŞ Əfqanıstana humanitar yardımla bağlı ən böyük donordur. Təkcə bu il beynəlxalq təşkilatlar və QHT-lər vasitəsi ilə ölkəyə yarım milyard dollar həcmində yardım verilib. Lakin hələlik vəsaiti birbaşa Taliban hakimiyyətinə verə bilmərik”.

Ceyk Sallivan həmçinin əlavə edib ki, ABŞ silahlı qüvvələrinin Əfqanıstandan çıxarılması doğru addım olub.

Müəllif: Ayna.az