Yoluxma sayına görə ABŞ birinci yerdədir
ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) 54 672 yeni yoluxma qeydə alınıb.
AYNA-nın xəbərinə görə, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 776 nəfər vəfat edib.
ABŞ-da indiyə qədər 31,7 milyon nəfər COVID-19-a yoluxub, 568 min nəfər vəfat edib