ABŞ-da qəzaya uğrayan təyyarədə ölənlərdən üçü Rusiya vətəndaşıdır

Dünya

31.01.2025 - 13:24

Həkimlər Klinikalar SEO Xidməti

Mariya Zaxarova: “Bu qəzanın qurbanlarından üçü Rusiya pasportuna malikdir”

ABŞ-da təyyarə qəzasında həlak olan 3 nəfərin Rusiya pasportu olub. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Səfirliyimizdən verilən məlumata görə, bu qəzanın qurbanlarından üçü Rusiya pasportuna malikdir”, - diplomat qeyd edib.

Xatırladaq ki, “American Airlines Bombardier” CRJ700 təyyarəsi Vaşinqtonda Reyqan Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 ​​Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Laynerin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub.

ABŞ Prezidenti Donald Trampın bildirib ki, təyyarə qəzasından sağ çıxan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş