ABŞ-da koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb

Dünya

11.04.2020 - 13:53

Həkimlər Klinikalar SEO Xidməti

 ABŞ-da bir gündə koronavirusdan minlərlə insan ölüb

 

Dünya miqyasında koronavirusdan ölənlərin sayı 100 mini, yoluxanların sayı isə 1 milyon 700 mini keçib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, koronavirusla bağlı rekord ölüm sayı isə ABŞ-da qeydə alınıb. Belə ki, Birləşmiş Ştatlarda bir gündə 2 mindən çox insan virusun qurubanı olub. Bununla da ABŞ-da 18 min 798 insan virusun qurbanı olub. Yoluxanların sayı isə yarım milyonu keçib.  

 

Pandemiyadan ən çox itki verən İtaliyada isə ölüm sayı azalmaqda davam edir. Gündəlik 980-dən çox ölüm sayı 570-ə enib. Ümumi ölənlərin sayı isə 18 min 849-dur.

 

Virusdan ən çox itki verən dördüncü ölkə Fransada isə vəziyyət pisləşməyə davam edir. Son 24 saat ərzində ölkədə 1000 nəfər vəfat edib. Bununla da ölənlərin sayı 13 min 197-ə yüksəlib.

 

İspaniyada isə əksinə olaraq vəziyyət düzəlməyə doğru gedir. Son məlumatlara görə, gündəlik ölüm sayı 950-dən 605-ə enib. 157 min aktiv koronavirus xəstəsi olan İspaniyada ümumi ölüm hallarının sayı 15 min 843 olaraq qeyd edilib.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş