ABŞ-da koronavirusa yoluxanların sayı 27 milyonu ötüb

Dünya

08.02.2021 - 19:56

Koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

ABŞ-da son sutka ərzində 86 928 nəfər koronavirusa yoluxub, 1 268 COVID-19 xəstəsi ölüb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

 

Bildirilib ki, bununla ölkədə koronavirusa yoluxma hallarının sayı 27 milyonu keçərək 27 008 096-ya çatıb, ölənlərin sayı isə 463 482 nəfərə bərabərdir.

 

ABŞ yanvarın 30-da 26 milyon yoluxma göstəricisini aşmışdı.

Müəllif: Ayna.az