ABŞ-da koronavirusa yoluxanların sayı 13 milyonu ötüb

Dünya

28.11.2020 - 06:56

Ölkədə 5 235 927 aktiv koronavirus xəstəsi var 

 

ABŞ-da son sutka ərzində daha 143 900 nəfərdə koronavirus aşkarlanıb, 1 188 nəfər bu virusun qurbanı olub. AYNA bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 13 426 240-a, bu virusdan ölənlərin sayı isə 270 783-ə yüksəlib.

 

İndiyədək 7 919 530 nəfər sağalıb. Ölkədə 5 235 927 aktiv koronavirus xəstəsi var ki, onlardan da 24 446-nın vəziyyəti ağırdır.

Müəllif: Ayna.az