ABŞ-da koronavirus qurbanlarını sayı 750 min nəfəri ötüb

Dünya

05.11.2021 - 07:47

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb

Pandemiyanın başlanğıcından bu günə qədər ABŞ-da 750 mindən çox insan koronavirusdan ölüb.

AYNA "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Hopkins Universiteti məlumat yayıb.

Ölənlərin sayı rəsmi olaraq 750 431 nəfərdir. Eyni məlumata görə, COVID-19 ilə bağlı ən pis vəziyyət Kaliforniya və Arizona ştatlarına daxil olan əyalətlərdədir.

Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir.

Müəllif: Ayna.az