ABŞ-da koronavirus gərginliyi davam edir

Dünya

23.06.2020 - 12:28

Yoluxma sayı 2 milyon 312 min 302 nəfərə çatıb

 

2019-cu ilin dekabrında Çində başlayan koronavirusun mərkəzinə çevrilən ABŞ-da gərginlik davam edir. AYNA xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

 

Məlumata görə, bazar ertəsi ölkədə 30 mindən çox insana virus diaqnozu qoyulub və yoluxma sayı 2 milyon 312 min 302 nəfərə çatıb.

 

Bununla yanaşı, 424 nəfərin ölümü ilə ölənlərin sayı 120 min 402-ə yüksəlib. 

Müəllif: Ayna.az