ABŞ böhrandan çıxmaq üçün daha 484 milyard dollar xərcləyəcək

Dünya

24.04.2020 - 14:41

cedabet dərman SEO Xidməti

Vəsait xəstəxanaların tibbi texniki bazasının yaxşılaşdırılması və test sınaqlarının alınmasına sərf olunacaq

 

ABŞ Konqresi pandemiya böhranını aradan qaldırmaq istiqamətində dördüncü dəstək paketi ilə bağlı qanun layihəsini qəbul edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, 484 milyard dollar dəyərində olan layihənin yaxın zamanda icrası nəzərdə tutulur.

 

Ayrılacaq maddi vəsait xəstəxanaların tibbi texniki bazasının yaxşılaşdırılması və test sınaqlarının alınmasına sərf olunacaq. Prezident Donald Tramp da layihəni təsdiqləyib.

 

Məlumat üçün deyək ki, ötən ay rəsmi Vaşinqton ABŞ tarixində ən iri iqtisadi stimul paketini təsdiqləmişdi. Həmin dəstək proqramının dəyəri 2 trilyon dollar idi.

 

Qeyd edək ki, ABŞ hazırda COVID-19 pandemiyasının əsas ocağı hesab olunur. Ölkədə 845 min nəfərdən çox təsdiqlənmiş yoluxma və 46 800 ölüm faktı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş