Abituriyentlər üçün yeni sistem yaradılıb

Xəbərlər

14.05.2020 - 13:05

cedabet dərman SEO Xidməti

Bundan sonra təsdiq edilmiş elektron ərizəni ləğv etmək mümkün olacaq

 

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib. Dövlət İmtahan Mərkəzindən AYNA-ya verilən xəbərə görə, təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyent https://eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olaraq “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu müvafiq sahələrə qeyd edir.

 

Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini sıxmaq lazımdır.

 

Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür. Abituriyent elektron ərizənizi yenidən doldurarkən diqqətli olmalı və onu təsdiq etməyi unutmamalıdır. Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.

 

Xatırladaq ki, abituriyentlər mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiqləyirlər. Elektron ərizələrin qəbulu iyunun 5-i saat 23:59-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş