Ziyadxan Əliyev vəfat edib

Xəbərlər

17.03.2025 - 00:55

Həkimlər Klinikalar SEO Xidməti

Əməkdar incəsənət xadimi dünən axşam saatlarında dünyasını dəyişib

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  Ziyadxan Əliyev vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə sənətşünasın yaxınları sosial mediada paylaşım ediblər.

Bildirilib ki, Z.Əliyev dünən axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olub. O, 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş