Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib

Xəbərlər

03.11.2020 - 14:02

Ermənilər döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib

 

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

 

Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

Müəllif: Ayna.az