Prezident təmas xəttindəki vəziyyətlə tanış olacaq
Ukrayna Prezidenti Vladimir Zelenski hazırda gərginliyin yaşandığı Donbass bölgəsinə gedib. AYNA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, Prezident cəbhə bölgəsində mövqelərə baxış keçirəcək.
Bildirilib ki, Zelenskinin təmas xəttində hərbçilərlə görüşü olacaq.
Qeyd edək ki, son bir ayda Ukraynanın işğalda olan Donetsk və Luqansk bölgələrində vəziyyət gərginləşib. Separatçılar mütəmadi olaraq atəşkəsi pozurlar, Ukrayna hərbçiləri həlak olurlar. Gərginliyin artması müharibə ehtimalını gündəmə gətirir.