Zakir Həsənov pakistanlı generalla görüşüb

Xəbərlər

05.09.2020 - 21:23

cedabet dərman SEO Xidməti

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib

 

Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan – Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

 

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan – Azərbaycan münaqişəsi barədə danışıb, bu problemin həllində Pakistanının Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda da dəstəkləməsinə görə minnətdarlığını bildirib.

 

Görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, terrorizmə qarşı mübarizədə əməkdaşlığın, Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsi, eləcə də birgə hərbi təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş