“Yüksəliş” müsabiqəsindəki zəhərlənmə ilə bağlı açıqlama - <font color=red> RƏSMİ</font>

Hadisə

13.09.2020 - 20:51

Həkimlər Klinikalar SEO Xidməti

Qida məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim olunub

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində  qida qəbulundan sonra texniki heyət, İşçi qrupunun üzvləri və  müsabiqə iştirakçıları  arasında bəzi şəxslərin səhhətinin pisləşməsi ilə bağlı məlumat daxil olub.

 

AYNA xəbər verir ki, AQTA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisənin araşdırılması məqsədilə dərhal Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və istehlak edilən qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş