Yeniyetmə Kürdə batıb

Hadisə

29.08.2021 - 23:34

Hadisə yerinə Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub

 

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Qeyd edilib ki, 2006-cı il təvəllüdlü Baxışov Emil Əziz oğlunun batması barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

 

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az