Tələfat və dağıntılar yoxdur, sunami təhlükəsi elan edilməyib
Sakit okeanın cənubundakı Yeni Zelandiyanın Kermadek adalarının sahillərində silsilə güclü zəlzələlər baş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.
İlk yeraltı təkanların maqnitudası 5,0 bal təşkil edib. Bir neçə saat sonra yaxınlıqda 5,3 bal gücündə yeni zəlzələ qeydə alınıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri Raul arxipelaqının əsas adasından 260 km cənubda və Yeni Zelandiyanın 1,5 milyondan çox əhalisi olan ən böyük şəhəri Oklenddən 800 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 30-60 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar yoxdur, sunami təhlükəsi elan edilməyib.