Yeni yubiley medalı təsis edilib

Xəbərlər

12.11.2020 - 23:20

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət başçısı qanun imzalayıb

 

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun imzalayıb.

 

AYNA xəbər verir ki, Qanuna əsasən, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və yubiley medalının təsviri təsdiq edilib.

 

Əsasnaməyə görə, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcək. Təltif edən orqan isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş