Tərəflər bir-birilərini atəşkəsi pozmaqda ittiham edirlər
Yəmənin Hudeyde bölgəsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus təyyarə vurulub. AYNA xəbər verir ki, bu barədə husilərə məxsus “Houthi əl-Mesir” kanalı məlumat yayıb.
Koalisiya qüvvələrinin verdiyi açıqlamada isə husilərin Yəməndə atəşkəsi 1096 dəfə pozduqları bildirilir.
Husilərin əvvəlcə bu ittihamlara cavab verməyib, lakin daha sonra koalisiya qüvvələrini son 24 saat ərzində Marib və Cevf şəhərlərinə 30 dəfə havadan zərbə endirməkdə ittiham ediblər.