Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib
Bu gün səhər saatlarında Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyindən bildirilib. Yerli vaxtla saat 4:31-də qeydə alınan zəlzələnin episentri İbaraki prefekturası ərazisində, ocağı 50 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.