Xocalının işğaldan azad olunan iki kəndinin adı qaytarılır

Xəbərlər

13.11.2020 - 18:13

Həkimlər Klinikalar SEO Xidməti

Xocalının Quşçubaba kəndi Baharlı, Tsakuri kəndi isə Hünərli adlandırılacaq

 

Mill Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Parlamentdən AYNA-ya verilən məlumata görə, iclasın gündəliyinə Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib.

 

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılacaq. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş