Xocalıda tikinti şirkətinin əməkdaşları minaya düşüb

Hadisə

22.07.2021 - 11:08

Xocalı Rayon Prokurorluğu iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb

 

İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Xocalı Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

 

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az