Xırdalanda dağıntılar altında qalan 9 yaşlı Fatimənin meyiti çıxarılıb

Hadisə

26.01.2021 - 15:38

FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb

 

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

 

Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Xatırladaq ki, 9 yaşlı Fatimə dağıntılar altında qalmışdı. Onun atası yaralı halda xəstəxanaya çatdırılıb. Anası, 1988-ci il təvəllüdlü Aytən Musayevanın cəsədi isə dünən dağıntı altından çıxarılmışdı.

Müəllif: Ayna.az