Xəzərdə dalğanın hündürlüyü 2.6 metrə çatıb: <font color=red> FAKTİKİ HAVA</font>

Xəbərlər

17.08.2020 - 12:03

cedabet dərman SEO Xidməti

Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb

 

Avqustun 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, düşən yağışın miqdarı Göygöldə 12, Gədəbəydə 10, Daşkəsəndə 9, Tərtərdə 8, Naftalanda 6, Şahbuz, Ağdərədə 5, Şərur, Ağdam, Astara, Bərdədə 4, Kişçay (Şəki), Zərdabda 3 m, Sədərək, Gəncə, Şamaxı, Mərəzə, Beyləqan, Yardımlıda 2, Naxçıvan, Ordubad, Şəmkir, Şəki, Quba, Qırız, Göyçay, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Şahdağda 0-1 mm, Bakıda 6 mm (aylıq normanın 98 faizi) olub.

 

Şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naftalanda 18 m/s, Neft Daşları stansiyasında 15 m/s-dək güclənib, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

 

Havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-30, aran rayonlarında 27-32, dağlıq rayonlarda 13-19, Naxçıvan MR-da 29-31 dərəcə isti olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş