Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə), 1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlunun batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.