Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır
Xətai rayonu, Vunqtau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub.
AYNA-nın xəbərinə görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.