Xətaidə 3 ünvanda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunur

Xəbərlər

13.09.2026 - 17:21

Sürücülərdən təmir aparılan ərazilərdə diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş olunur

Təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrindəki məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri, təmir aparılan ərazilərdə diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş