Xarici diplomatlar Ağdamda

Xəbərlər

13.06.2021 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Diplomatik korpusun nümayəndələri erməni vandalizmi ilə yerində tanış olublar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

 

AYNA xəbər verir ki, iyunun 13-də Azərbaycanda daimi əsasda akkreditə olunmuş və qeyri-rezident səfirlərin, hərbi attaşelərin və digərlərinin, ümumilikdə 120-dən çox xarici diplomatik nümayəndənin Ağdam rayonuna səfəri təşkil olunub.

 

Səfər zamanı iştirakçılara işğal nəticəsində yaşayış məntəqələrinin, tarixi-mədəni obyektlərin dağıdılması, törədilmiş vandalizm aktları barədə yerində ətraflı məlumat verilib. Həmçinin diplomatlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsinə başlanmış bərpa və yenidənqurma işləri ilə yaxından tanış olublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş