Xarici blogerlərin Ağdama səfəri təşkil edilib

Xəbərlər

30.05.2021 - 11:07

Həkimlər Klinikalar SEO Xidməti

Səfərdə 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir

 

"Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlərin Ağdam şəhərinə səfəri başlayıb.

 

AYNA-nın APA-ya istinadən xəbərinə görə, səfər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

 

Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir.

 

"Show Me Azərbaijan" layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş