Xankəndinin şimal hissəsi minalardan təmizlənib

Xəbərlər

24.12.2020 - 11:17

Rusiya sülhməramlılarının istehkamçıları partlayıcıların zərərsizləşdirilməsi işini davam etdirirlər

 

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirirlər. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, sülhməramlı qüvvələrin mühəndis bölmələri Xankəndinin şimal hissəsini partlayıcılardan təmizləmək işini başa çatdırıb.

 

“Əməliyyat zamanı Qarabağdakı sülhməramlı qüvvələrimizin mühəndis bölmələri 274 hektar ərazini, təxminən 105 kilometr yolu təmizlədi. 8.7 mindən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib. Qarabağdakı ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Dağlıq ərazilərdə hava şəraitinin pis olmasına görə minalardan təmizlənmədə müasir robot sistemlərindən istifadə edilir”, - deyə açıqlamada vurğulanıb.

Müəllif: Ayna.az