Xameneyi Baş Qərargaha, SEPAH və Bəsicə yeni rəislər təyin edib

Dünya

11.08.2026 - 00:05

İranın Ali Rəhbəri hərbi qurumlara yeni təyinatlar həyata keçirib

İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahına əvvəllər rəhbərlik etmiş general Əli Əbdüllahi İran İslam Respublikasının Baş Qərargah rəisi təyin edilib. Daha əvvəl Quru Qoşunlarının Baş Komandanı vəzifəsində çalışmış Kiyumərs Heydəri isə onun müavini təyin olunub. AYNA.AZ İran mediasına istinadən xəbər verir ki, bu barədə Ali Rəhbər Müctaba Xameneyinin verdiyi fərmanda qeyd edilib.

Xameneyinin dərc olunmuş fərmanında deyilir: "General Əbdülrəhim Musəvinin düşmən əli ilə qəhrəmancasına həlak olması ilə əlaqədar və layiqli xidmətlərinizi, dəyərli təcrübənizi nəzərə alaraq, sizi Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edirəm".

Əhməd Vəhidi general-leytenant rütbəsi ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı, Mustafa İzadi isə onun müavini təyin edilib.

Sənəddə həmçinin bildirilir ki, Əlireza Tənqsirinin ölümündən sonra Əli Özmai SEPAH Hərbi Dəniz Qüvvələrinin yeni rəisi təyin olunub.

Xameneyi Hüseyn Taebi İranın Bəsic yarımhərbi milisinin baş komandanı təyin edib.

Qeyd edilib ki, Taeb əvvəllər bu vəzifəni 2007-2009-cu illərdə tutub. 2009-cu ildən 2022-ci ilə qədər o, SEPAH-ın kəşfiyyat xidmətinə rəhbərlik edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş