Xalq şairinin sədri olduğu partiyanın qurultayı keçiriləcək

Xəbərlər

10.02.2021 - 15:24

Vətəndaş Həmrəyliyi Partiyasının ali tədbiri onlayn qaydada təşkil olunacaq

 

Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti Qurultayı keçiriləcək. Bu barədə AYNA-ya partiyanın Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı Onlayn qaydada təşkil ediləcək.

 

Artıq Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi tərəfindən tədbirə qurumun 76 bölgə təşkilatı və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə seçilib.

 

VHP VIII qurultayında VHP-nin qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə ediləcək və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılacaq.

 

Qeyd edək ki, VHP-nin sədri Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır.

Müəllif: Ayna.az