Xalq artisti Zaur Rzayev vəfat edib

Mədəniyyət

29.10.2026 - 21:14

Müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib

Xalq artisti Zaur Rzayev vəfat edib. AYNA.AZ bildirir ki,  bu barədə APA-ya onun oğlu məlumat verib.

O, bu gün müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Xalq artistinin oktyabrın 14-də vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərib, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.

Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş