Xaçmazda yanğınla nəticələnən partlayış: <font color=red> xəsarət alan var</font>

Hadisə

11.12.2020 - 22:08

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb

 

Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, partlayış dalğasının təsirindən tikilinin pəncərəsi çərçivədən çıxıb. Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə zamanı xəsarət almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az