Xaçmazda qəza ölümə səbəb olub

Hadisə

06.09.2020 - 13:32

Həkimlər Klinikalar SEO Xidməti

Avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb

 

Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.

 

Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu “Mercedes” markalı avtomobil vurub. S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Şahidlərin sözlərinə görə, hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş