Qurban Yetirmişli: "Həmin vulkan çoxdandır ki, püskürmürdü”
İyulun 4-də saat 21:51-də Daşlı adasında palçıq vulkanının püskürməsi baş verib. Püskürmənin davamlılığı 8 dəqiqə, vulkanın dərinliyi 1,48 kilometr, yanma müddəti 25 saniyə, alovun hündürlüyü 50 metrdən çox olub.
AYNA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
"Həmin vulkan çoxdandır ki, püskürmürdü. Sonuncu dəfə o, 1945-ci ildə püskürüb. Ümumiyyətlə, Xəzər dənizində çoxlu palçıq vulkanları mövcuddur”, - deyə Q.Yetirmişli vurğulayıb.