Venesuela İngiltərə bankından qızılını istəyir

Dünya

14.08.2026 - 17:52

Ölkə 4 milyard dollarlıq qızıl ehtiyatlarının qaytarılmasını tələb edəcək

Venesuela hakimiyyəti ölkənin İngiltərə bankında saxlanılan və təxminən 4 milyard dollar dəyərində olan qızıl ehtiyatlarının geri qaytarılmasına nail olmaq niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə  “Reuters”ə Venesuela Milli Assambleyasının spikeri Xorxe Rodriges deyib.

Onun sözlərinə görə, ölkə hökuməti iyun ayında baş verən dağıdıcı zəlzələlərdən sonra infrastrukturun yenidən qurulmasına da diqqət yetirəcək.

Rodrigezin açıqlaması Venesuelada inflyasiyanın kəskin şəkildə artması fonunda baş verib.

Bir neçə ildir ki, İngiltərə bankı öz anbarlarında saxlanılan təxminən 31 ton qızılı Venesuelaya təhvil verməkdən imtina edir. Bu, Britaniya hakimiyyəti daxilində Nikolas Maduro hökumətinin legitimliyi ilə bağlı fikir ayrılıqlarından irəli gəlir.

Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodrigezin apellyasiya şikayətinə baxmayaraq, Britaniya məhkəmələri hələ də aktivlərin köçürülməsini əngəlləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş