Vəkillər Kollegiyası pulsuz hüquqi yardım aksiyaları keçirir

Xəbərlər

19.10.2026 - 18:13

Aksiyalar zamanı ümumilikdə 50-yə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində keçirilən 44 günlük pulsuz hüquqi yardım aksiyası çərçivəsində “Açıq qapı” günləri davam etdirilir.

Kollegiyadan AYNA.AZ-a verilən məlumata görə, sentyabrın 27-də başlayan aksiya çərçivəsində vətəndaşlar müxtəlif ünvanlarda pulsuz hüquqi yardımla təmin olunurlar. Belə ki, ötən həftə ərzində Bakı şəhəri 10, 11, 12, 13 və 14 saylı Vəkil büroları tərəfindən “Açıq qapı” günləri təşkil olunub. Aksiyalar zamanı ümumilikdə 50-yə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.

Vətəndaşların müraciətləri əsasən cinayət və inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktların müəyyən edilməsi, pensiya təminatı, kredit mübahisələri, mənzil məsələləri və digər sosial problemlərlə bağlı olub. Müraciətlər əsasında vətəndaşlara hüquqi məsləhətlər verilib, zəruri sənədlər, o cümlədən yazılı ərizələr hazırlanıb.

Qeyd edək ki, bu həftə ərzində Bakı şəhəri 15, 16, 17, 18 və 19 saylı Vəkil bürolarında da pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi nəzərdə tutulur.

Aksiya çərçivəsində aztəminatlı və sosial baxımdan həssas qruplara aid vətəndaşlar qeyd olunan vəkil qurumlarına müraciət edərək hüquqi məsələləri ilə bağlı pulsuz məsləhət və digər hüquqi yardım xidmətlərindən yararlana bilərlər.

Vəkillər Kollegiyası pulsuz hüquqi yardım aksiyaları keçirir Vəkillər Kollegiyası pulsuz hüquqi yardım aksiyaları keçirir
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş