Vaşinqtonda silahlı insident: 6 yaşlı uşaq öldü

Dünya

17.07.2021 - 13:39

Yaralanan üç kişi və iki qadının həyatları üçün təhlükə yoxdur

 

ABŞ-ın paytaxtı Vaşinqtonda silahlı insident baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, şəhərdə baş verən atışma nəticəsində 5 nəfər yaralanıb, bir nəfər ölüb. Atışmada ölən şəxs uşaqdır.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, hadisə şəhərin cənub-qərb hissəsində yerli vaxtla saat 23:00 radələrində baş verib. Yaralanan 6 yaşlı qız xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralanan üç kişi və iki qadının isə həyatları üçün təhlükə yoxdur.

 

Hazırda polis hadisənin səbəblərini və şübhəliləri axtarır.

Müəllif: Ayna.az