Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfər edəcək
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana yola düşüb.
AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə Federasiya Şurası məlumat yayıb.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Həmçinin Rusiya Federasiya Şurası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında parlamentlərarası komissiyanın iclası keçiriləcək.