"Virus aşkar olunan şəxslərin vaxtında karantinə alınması alqışlanan addımdır”
“Koronavirusa yoluxan şəxs nə qədər tez aşkar olunsa, onun izolyasiyaya alınması bir o qədər müsbət nəticə verər. Azərbaycan da bu baxımdan təqdirəlayiq addım atdı”.
AYNA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə deyib.
H.Harmancı qeyd edib ki, karantin rejiminin vaxtında elan edilməsi də yoluxma sayının azalmasına təsir göstərdi: “Həmçinin ölkəyə gələn şəxslərin tək-tək yoxlanılması və virus aşkarlanan şəxslərin ayrılmış xüsusi xəstəxanalarda vaxtında karantinə alınması alqışlanan addımdır”.