Virusun istehsal edildiyi və ya laboratoriyada dəyişdirildiyi barədə heç bir dəlil yoxdur
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Çinin Vuhan şəhərində laboratoriyadan yayılması ilə bağlı iddialara cavab verib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, ÜST-ün açıqlmasında, bütün sübutların koronavirusun heyvandan yayıldığını ifadə etdiyi bildirilib.
Həmçinin, açıqlamada virusun istehsal edildiyi və ya laboratoriyada dəyişdirildiyi barədə heç bir dəlil olmadığı əlavə edilib.
Qeyd edək ki, ABŞ mediası Amerika kəşfiyyatının virusun Vuhanda laboratoriyadan sızması ehtimalı üzərində çalışdığını, ABŞ prezidenti Donald Trampın isə iddiaları təsdiqlədiyini yazmışdı.