ÜST-dən COVID-19-la bağlı bədbin proqnoz

Dünya

06.02.2021 - 23:53

ÜST rəsmisi koronavirusa qarşı vaksinasiyadan danışıb 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus 130 ölkədə təxminən 2.5 milyard insan üçün peyvəndin əlçatmaz olduğunu deyib. 
 
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreisus Cenevrədə videokonfrans formatında təşkil edilən mətbuat konfransında pandemiyaya qarşı peyvəndləmə proqramlarının hələ dünya əhalisinin böyük bir hissəsini əhatə etmədiyini vurğulayıb. O, vəziyyət belə davam edərsə, dünyanın yenidən pandemiyanın başlanğıcına dönəcəyini deyib. Baş direktor çıxışı zamanı COVID-19 virusuna qarşı vaksinasiya zamanı səhiyyə işçilərinə, yaşlılara və ciddi xəstəlikləri olan insanlara üstünlük verilməli olduğunu deyib. Qebreisus dünyada COVID-19 peyvəndinin heç də ədalətli paylanmadığına da diqqət çəkib. Bu günə qədər dünyada tətbiq olunan peyvəndlərin dörddə üçünün qlobal ÜDM-in 60%-a sahib olduğu yalnız 10 ölkədə həyata keçirildiyini vurğulanıb: “2.5 milyard əhalisi olan 130-a yaxın ölkədə tək bir doza (COVID-19 peyvəndi) hələ tətbiq olunmayıb”.
 
Qebreisus bütün dünyada epidemiyaya qarşı eyni vaxtda mübarizə aparılmalı olduğunu bildirib: “Əks təqdirdə başlanğıc nöqtəyə qayıda bilərik”. 
 
Konfransda Qlobal Peyvənd və Peyvənd Birliyi (GAVI), COVID-19 Peyvəndləri Qlobal Giriş Proqramı (COVAX) çərçivəsində 2021-ci ilin ilk 6 ayında yoxsul ölkələrə ən az 337 milyon doza COVID-19 peyvəndi verildiyi, COVAX daxilində 145-ə yaxın yoxsul ölkədəki əhalinin 3,3%-nin bu ilin ortalarına qədər vaksinasiya olunmasının hədəfləndiyi deyilib.
Müəllif: Ayna.az