“Valideynlərin özləri də günahkardır, onlar həkimə müraciət etmək əvəzinə “Facebook” səhifələrində digər valideynlərdən kömək istəyirlər”
Qış fəslində hər il bir çox xəstəliklər yayılır. Ötən illərə nisbətdə bu il uşaqlar arasında virusa yoluxma halları daha çox müşahidə olunur. Üstəlik həmin xəstəliklərin sağalması da xeyli vaxt və müalicə tələb edir.
Problemlə bağlı AYNA-ya danışan pediatr Xəyalə Quliyeva deyib ki, hazırda adenovirus, respirator sinsitial virus, rotavirus, bağırsaq virusuları geniş yayılıb: “Bu viruslar hər il qış mövsümündə geniş yayılır. Sadəcə bu il virusların bir az kəskin yayılması müşahidə olunur”.
“Virusların geniş yayılmasında valideynlərin də günahı var. İstər virusun vaxtında qarşısının alınmasında, istər düzgün müalicə edilməməsində valideynlər günahkardılar. Onlar həkimə müraciət etmək əvəzinə “Facebook” səhifələrində digər valideynlərdən kömək istəyirlər. Onların məsləhət gördükləri dərman və müalicə üsullarını tətbiq edirlər. Nəticədə uşağın səhhəti daha da ağırlaşır. Uşaq həkimə gətiriləndə artıq xəstəlik dərinləşmiş olur və daha çətin və uzunmüddətli müalicəyə ehtiyac yaranır” – həkim bildirib.
Təranə Xudabaxşiyeva
Pin up casino Pin-up casino giriş