Ünvanlı dövlət sosial yardımları ödənilib

Cəmiyyət

23.04.2021 - 22:24

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb

 

Aprel ayı üzrə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişi təmin edilib.

 

AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

 

Bildirilib ki, aprel ayının 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 15-də bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəbilib.

 

Aprelin 22-də müavinət, təqaüd və kompensasiyalar, aprelin 23-də isə ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər vətəndaşların hesablarına köçürülüb.

 

Beləliklə, aprel ayı üzrə yuxarıda qeyd olunan ödənişlərin qrafikdən əvvəl həyata keçirilməsi təmin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş