Yaqut Qarayeva: “Tədbirlərimiz davam edir və mübarizəyə hazırıq”
“Hazırda xəstəxanalarda aktiv xəstələrin azalmasını hazırlıq dönəmi kimi qəbul edirik. Buna daha da intensiv olaraq hazırlaşırıq. TƏBİB tərəfindən bu müddət istirahət kimi qəbul edilir”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“Ümid edirik ki, xəstə sayı artmaz. Lakin biz hazırlıqlı olmaq istəyirik. Modul tipli xəstəxanaların sayı artırılıb və çarpayı fondu, o cümlədən, reanimasiya şöbələrinin sayı çoxaldılıb. Laboratoriyaların və test imkanlarının çoxaldılması nəzərdə tutulur. Xaricdən həkimlərin gətirilməsi o deməkdir ki, tədbirlərimiz davam edir və mübarizəyə hazırıq”, - deyə o bildirib.