Xaricdə yaşayan azərbaycanlılara koronavirus təhlükəsindən qorunmaqda dəstək olmaq üçün addımlar atılmaqdadır
Ukrayna Azərbaycanlıları Diasporu koronavirusla bağlı elan olunmuş karantinlə əlaqədar olaraq bu ölkədə təhsil alan tələbələrimizə dəstək vermək üçün "qaynar xətt" yaradıb.
AYNA xəbər verir ki, diaspor tələbələrə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Məsələ ilə bağlı müraciətlərin aşağıdakı əlaqə nömrəsi vasitəsilə bildirilməsi xahiş olunur:
+380 73 200 11 12 - Qaynar xətt (WhatsApp)
Qeyd edək ki, Azərbaycana dönmək istəyən vətəndaşlarımız isə Azərbaycanın Ukraynadakı konsulluğu ilə əlaqə saxlaya bilərlər.
+380 73 505 00 00 - Qaynar xətt (WhatsApp)