Ukraynada pandemiyanın üçüncü dalğası başlayıb

Dünya

05.03.2021 - 00:29

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə gündəlik yoluxma sayı hər gün artır 

 

Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ukraynanın Baş naziri Denis Şmiqal açıqlayıb. O bildirib ki, ölkədə gündəlik yoluxma sayı hər gün artır. Şmiqalın sözlərinə görə, artan rəqəmləri görməzdən gəlmək mümkün deyil. Bu səbəbdən karantin məhdudiyyətləri daha da sərtləşdirilə bilər.

 

Qeyd edək ki, son sutka ərzində Ukraynada koronavirusa 10 057 yoluxma halı qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş