Nəticədə 13 nəfər yaralanıb
Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə dronlarla hücum edib. AYNA.AZ bildirir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev "Maks" “Telegam” kanalına deyib.
Bildirib ki, zərbələr nəticəsində 13 nəfər yaralanıb, onlardan 2-si uşaqdır.
“Belqorod yenidən dronların kütləvi hücumuna məruz qalıb. Zərbələr nəticəsində ikisi uşaq olmaqla, 13 nəfərin yaralnadığı barədə məlumat daxil olub. Təcili yardım briqadası qəlpə yaraları alan 4 yaşlı uşağı regional klinik xəstəxanaya aparıb. 9 yaşlı bir oğlan və daha 3 nəfər hadisə yerində tibbi yardım alıb. 8 nəfər isə digər xəstəxanalara yerləşdirilib” – deyə Şuvayev qeyd edib.